Oğru qardaşlar saxlanıldı


20:18     28 May 2018 hebs5.jpg

Mayın 25-də Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini Z.Kazımova bir gün əvvəl "Sədərək" ticarət mərkəzindəki mağazaların birində çantasından 250 manat pulunun oğurlandığını bildirib.



Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və oğurluğu törətməkdə şübhəli bilinən 2 nəfər qısa müddətdə müəyyən edilərək saxlanılıblar. Araşdırmalarla onların Lənkəran şəhər sakinləri olan qardaşlar - Mahir və Rafiz Şəfiyevlər olduqları müəyyən edilib.

Əməliyyat tədbirləri ilə onların mayın 23-də də həmin ticarət mərkəzində eyni üsulla Bakı şəhər sakini K.Hüseynovanın çantasından içərisində 230 manat və bank kartları olan pulqabısını oğurladıqları da müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1324