İtaliyada boğulan azərbaycanlı tələbənin meyiti tapıldı - FOTOLAR


15:30     20 İyun 2018 2018/06/ita-1_1529480087.jpg

İtaliyada göldə boğulan azərbaycanlı tələbə 1989-cu il təvəllüdlü Elnur Babayevin meyiti tapılıb.



Femida.az xəbər verir ki, meyit 2 gün öncə axşam saatlarında tapılıb. Hazırda meyitin Bakıya gətirilməsi ilə bağlı sənədləşmə işləri aparılır.

Qeyd edək ki, Roma Universitetinin Politologiya fakültəsinin tələbəsi, 29 yaşlı Elnur Babayev iyunun 2-də Kastel Qandolfo şəhərindəki Albano gölündə boğulub.

O, ailənin yeganə oğlan övladı idi.














Femida.az

Açar sözlər:

Oxunub: 3366