Rusiyada zəlzələ baş verib


13:00     13 İyul 2018 zelze%20444.jpg

Rixter cədvəliylə 4,6 bal gücündə olan zəlzələ ötən gün Rusiyanın Kamçatka sahillərində baş verib.

Femida.az bildirir ki, bu haqda Rusiya Elmlər Akademiyasının Geofizika xidmətində xəbər verilib.

"Yerli vaxtla saat 02:10-da zəlzələ hadisəsi baş verib. Episentri 45 km dərinlikdə, Petropavlovsk-Kamçatka yarımadasından 400 km şimali-şərqdə dənizdə yerləşirdi.

Əhalinin zəlzələni hiss etmədiyi söylənilir. Zəlzələ nəticəsində ölkə ərazisində hər hansı dağıntı və təlafat olması haqqında hazırda heç bir məlumat yoxdur.

Femida.az

Açar sözlər:

Oxunub: 304