Şura QHT-lər üçün təlimləri davam etdirir


19:25     22 Oktyabr 2018 2018/10/9AB5EF7F-53FD-46D4-B1BC-3A9EC75221E5_1540222415.jpeg

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası “Layihə təkliflərinin hazırlanması” mövzusunda təlim təşkil edib.

Bakı QHT-lərin Resurs və Təlim Mərkəzində keçirilən təlimin açılışında çıxış edən Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov Şuranın QHT-lərə göstərdiyi konsultativ dəstəyin onların bilik və bacarıqlarının daha da artırılmasına xidmət etdiyini bildirib.

F. Qurbanov deyib ki, bugünkü təlim QHT-lərin təlim ehtiyaclarının öyrənilməsi üçün keçirilən sorğuların nəticəsinə əsasən təşkil edilib.

Təlimçi, Bakı Dövlət Universitetinin müəllimi Tural Əhməd layihənin məqsəd və vəzifələrinin müəyyən edilməsi metodikası, icra planının düzgün tərtibi, büdcənin idarə olunması və digər layihə komponentlərini iştirakçılara nəzəri və praktiki cəhətdən izah edib.

15 QHT nümayəndəsinin iştirak etidiy təlim qrup çalışmaları ilə davam etdirilib.

Femida.az

Açar sözlər:

Oxunub: 463