Mağazada arvadını yandırıb öldürən şəxsə 18 il həbs
13:11 26 Oktyabr 2018
Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını xüsusi amansızlıqla yandıraraq öldürməkdə təqsirləndirilən Məsud Müzəffərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Femida.az Trend-dən istinadən xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə M.Müzəffərov 18 il azadlıqdan məhrum edilib.
İttihama görə, bu il Bakının "Memar Əcəmi" metrostansiyasının yaxınlığında mağazada M.Müzəffərov həyat yoldaşı Aytəkin Müzəffərovanı benzinlə yandırıb.
Hüquq-mühafizə orqanları tərəfindən saxlanılan M.Müzəffrovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Femida.az
Oxunub: 564
Oxşar xəbərlər
- Mağazadan 4 500 manat oğurlandı
- Mağazadan oğurluq edən şəxs tutuldu
- Mağazadan 6 min manat pul oğurladılar
- Mağazadan araq və siqaret oğurlandı
- Mağazadan meyvə və yumurta oğurlandı
- Mağazadan oğurluq edən şəxs saxlanıldı
- Mağazadan 3000 manatlıq lotoreya bileti oğurlandı
- Mağazadan içərisində xeyli pul olan seyf oğurlanıb
- Mağazadan qızıl oğurlanıb
- Mağazadan 340 min manat oğurlayan kassir tutuldu