Sərxoş sürücü maşını aşırdı - 3 yaralı var


09:09     04 Noyabr 2018 big_1405422456_qeza.jpg

Bərdənin Qaradəmirçi kəndində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az "report"-a istinadən bildirir ki, sürücüsü və sərnişinləri sərxoş halda olan minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Qəza zamanı Bərdənin Mustafa ağalı kəndindən olan 1981-ci il təvəllüdlü sürücü Səfərov Yaşar Zöhrab oğlu, eyni kəndin 41 yaşlı sakini Mustafayev Teymur Əliş oğlu və başqa bir sərnişin maında olan digər şəxs tərəfindən xəstəxanaya çatdırılıb. Həmin şəxs daha sonra oradan uzaqlaşıb.

Femida.az

Açar sözlər:

Oxunub: 309