Sərxoş halda dava saldığı deyilən deputat danışdı


13:19     15 Dekabr 2018 18_12_15_1544865580.jpg

Azərbaycan Sənaye Korporasiyasının baş direktoru, Milli Məclisin deputatı Kamran Nəbizadə Bakıda restoranlarından birində sərxoş halda dava salması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.



Femida.az -ın xəbərinə görə, o, “Report”a açıqlamasında deyib ki, barəsində yayılanlar həqiqəti əks etdirmir: “Yalan xəbərlərdir”.

Xatırladaq ki, deputatın sərxoş halda restoranda dava salması ilə bağlı məlumat yayılıb. Məlumatda bildirilir ki, K.Nəbizadəni restoranın mühafizəçiləri sakitləşdiriblər. O, daha sonra restorandan kənarlaşdırılıb.

Açar sözlər:

Oxunub: 708