Fransada seçkilərin ilkin nəticələri açıqlanıb


22:59     23 Aprel 2017 fransa-1.jpg

Bu gün Fransada keçirilən prezident seçkiləri ilə bağlı ilk exit-pollun nəticələri məlum olub.


Belçikanın RTBF telekanalı saat 12.00-a exit-pollun nəticələrinə əsasən sabiq iqtisadiyyat naziri, “İrəli” siyasi hərəkatının lideri Emmanuel Makron və sağçı Milli Cəbhənin lideri Marine Le Pen prezident seçkilərinin birinci turunda liderlik edirlər.

Exit-polla əsasən E. Makron səslərin 24 faizini, M. L. Pen səslərin 22 faizini toplayıb. Sabiq baş nazir, respublikaçıların namizədi Fransua Fiyon 20,5 faiz səslə üçüncü, radikal solun namizədi Jan-Lyuk Melanşon 18 faiz səslə dördüncü yerdə qərarlaşıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1785