Şəmkirdə “KamAZ” aşıb, sürücü ölüb


20:56     30 Mart 2019 trend_kamaz_crash_250912_10.jpg

Şəmkir rayonunda “KamAZ” markalı yük avtomobili yol kənarına aşıb.

Femida.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sürücü Arifli Eldəniz Tofiq oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

Femida.az

Açar sözlər:

Oxunub: 378