Şəmkirdə evə basqın edən maskalı şəxslər tutulub - FOTO
12:28 27 May 2019
Mayın 20-də Daxili İşlər Nazirliyinin “102 - Zəng Mərkəzi” Xidmətinə Şəmkir rayonunun Aşağı Seyfəli kəndində yaşayan G. Qasımovanın evinə girmiş 2 maskalı şəxsin onun əl və ayaqlarını bağlayaraq oradan 3000 rus rublu, bir ədəd mobil telefon və qızıl-zinət əşyalarını aparmaları barədə müraciət daxil olub.
DİN-in mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, aparılan əməliyyat-axtarış tədbirləri ilə quldurluq əməlini törədən həmin şəxslərin Samux rayon Qarayeri qəsəbə sakinləri 31 yaşlı Vəli Şəfiyev və onun tanışı, əvvəllər məhkum olunmuş 28 yaşlı Yusif Kazımov olduğu müəyyən edilib. Hər iki şəxs polis əməkdaşları tərəfindən saxlanılıb və qızıl-zinət əşyalarının bir qismi maddi sübut kimi götürülüb. Saxlanılan şəxslər quldurluq yolu ilə əldə etdikləri digər qənimətləri Gəncə şəhərində satdıqlarını, əldə etdikləri pulu öz aralarında böldüklərini etiraf ediblər.
Həmin şəxslərin respublikanın digər şəhər və rayonlarında analoji cinayətlər törətmələri ehtimal olunduğundan istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Oxunub: 385
Oxşar xəbərlər
- Şəmkirdə avtomobil qəzası olub, bir ailənin 4 üzvü xəsarət alıb
- Şəmkirdə minik avtomobili yük maşını ilə toqquşub, xəsarət alanlar var
- Şəmkirdə 34 yaşlı kişiyə bıçaq xəsarəti yetirilib
- Şəmkirdə avtomobillə vurulan piyada reanimasiyaya yerləşdirilib
- Şəmkirdə 37 yaşlı qadın bıçaqlanıb
- Şəmkirdə hamilə arvadını və qızını öldürən şəxsin cinayət işi məhkəməyə göndərilib
- Şəmkirdə avtomobillər toqquşub, xəsarət alanlar var
- Şəmkirdə arvadı və qızını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
- Şəmkirdə bir neçə nəfər qidadan zəhərlənib
- Şəmkirdə yol polisi reyd keçirib