Şəmkirdə 2 tona yaxın çətənə kolu məhv edilib


20:27     21 Avqust 2019 19_08_21_1566403419.jpg

Daxili işlər orqanlarının əməkdaşları yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkarlanması istiqamətində uğurlu əməliyyat tədbirlərini davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az -a verilən məlumata görə, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Qaryağdı kəndi ərazisində bir hektar sahədə yabanı halda bitmiş, çəkisi 1,8 ton olan 1830 çətənə kolu aşkarlanıb. Həmin çətənə kolları məhv edilib

Açar sözlər:

Oxunub: 333