Gədəbəydə və Bakıda ev yanıb


14:11     15 Noyabr 2015 yanib1.jpg

Gədəbəy rayonunda ev yanıb.


Femida.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Düzyurd kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 170 kv.m olan birmərtəbəli 5 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 50 kv.m sahədə və 1 otağın tavanı 30 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 01:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Oxşar hadisə Bakı şəhəri, Xəzər rayonunda da qeydə alınıb. Vətəndaşa məxsus ümumi sahəsi 170 kv.m olan ikimərtəbəli 4 otaqlı evin 1-ci mərtəbəsində mətbəxin asma tavanı 16 kv.m sahədə, soyuducu və mətbəx mebeli qismən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 04:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Açar sözlər:

Oxunub: 764