Piyada yük maşınının altında qaldı


14:15     23 Noyabr 2019 19_11_23_1574498088.jpg

Sumqayıtda 3 gün əvvəl avtomobillə vurulan piyada xəstəxanada ölüb.


Femida.az -ın məlumatına görə, noyabrın 20-də şəhər ərazisində yolu keçmək istəyən Aslan Aslanovu yük maşını vurub.

Ağır bədən xəsarətləri ilə xəstəxananın reanimasiyasına yerləşdirilən A. Aslanovun həyatını xilas etmək mümkün olmayıb, o, bu gün səhər saatlarında keçinib.

Meyit müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 434