“Türkiyə Rusiyadan üzr istəməlidir” - Qırğızıstan prezidenti


14:44     24 Dekabr 2015 DOS_8727-Kopyala.jpg

Türkiyənin Rusiyaya məxsus Su-24 hərbi təyyarəsini Suriyada vurması doğru qərar deyildi.


Femida.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Almazbek Atambayev keçirdiyi mətbuat konfransında deyib. O bu hadisəni "böyük səhv" adlandırıb.

"Mən bilirəm ki, bu hadisəyə görə Türkiyə Prezidenti təəssüflənir", - deyən Qırğızıstan Prezidenti, rəsmi Ankaranın bu hərəkəti üçün Rusiyadan üzr istəməli olduğunu bildirib.

“Mən fikirlərimi Putin və Ərdoğana çatdırdım. Mən bu iki ölkə arasında münasibətlərin düzəlməsini istəyirəm. Ola bilsin ki, bəzi addımlar Türkiyə tərəfindən atılsın. Çünki təyyarənin 17 saniyə Türkiyə ərazisində olması münasibətləri təhlükəyə atmaq üçün əsas deyil. Bəzən olur ki, qonşu ölkələrin müxtəlif aparatları ölkə üzərində saniyələrlə yox, saatlarla uçuş aparır, amma onlara atəş açmamışıq”.

Şahverdi Şirinli
Femida.az

Açar sözlər:

Oxunub: 1727