“Türkiyə Belçikanın yanındadır” - Ərdoğan


22:25     22 Mart 2016 terror%20erdogan9.jpg

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Belçikanın paytaxtı Brüssel şəhərində baş verən terror aktlarına münasibət bildirib


Femida.az-ın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, R. T. Ərdoğan bildirib ki, Türkiyə dar gündə Belçikanın yanındadır. “Fərqli terror təşkilatlarının xaincə hücumlarına məruz qalan xalqımız Belçika xalqının kədərini dərindən hiss edir və bölüşür” – deyə prezident əlavə edib.

Türkiyə prezidenti qeyd edib ki, qısa müddət əvvəl Ankara və İstanbulda baş vermiş terror aktlarından sonra Brüsseli hədəf seçən terrorçular heç bir əxlaqi sərhəd tanımır.

Femida.az

Açar sözlər:

Oxunub: 1089