Həmkəndlisini güllələyərək öldürdü


17:48     30 İyul 2021 1437142872_gulleledi.jpg

Kürdəmirdə qətl hadisəsi baş verib.


Femida.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Dayıkazımlı kəndində qeydə alınıb.

Kənd sakini Vurğun Aydın oğlu Mehdiyev aralarında yaranan münaqişə zəminində həmkəndlisi Bəhmən Bəhlul oğlu Hümmətovu ov tüfəngi ilə vuraraq qətlə yetirib.

Hadisə yerinə hüquq- mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Ölən şəxsin meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb.

Hazırda Kürdəmir rayon prokurorluğunun əməkdaşları tərəfindən araşdırmalar davam etdirilir.

Açar sözlər:

Oxunub: 1035