Həmkəndlisini rüsvay edəcəyi ilə qorxudub 1000 manat aldı


15:22     23 Noyabr 2018 hebs_58.jpg

Biləsuvarda həmkəndlisini rüsvayedici məlumat yayacağı ilə hədələyən şəxs saxlanılıb.


Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, ötən gün Biləsuvar rayonunun Aşağı Gürəli kəndi ərazisində kənd sakini, əvvəllər məhkum olunmuş Ruslan Kəlbiyev həmkəndlisi olan bir nəfəri barəsində rüsvayedici məlumat yayacağı ilə hədələyib ondan 1000 manat alıb.

Biləsuvar rayon Polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində R.Kəlbiyev saxlanılıb. Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 695