"Taliban" Əfqanıstanın iki əyalətini ələ keçirdi


13:39     07 Avqust 2021 2021/08/talib-1628328349_1628329160.jpg

“Taliban” radikal hərəkatı Əfqanıstanın cənub-qərbindəki Nimroz və şimalındakı Cuzcan əyalətlərini ələ keçirdiklərini bəyan edib.

Femida.az xəbər verir ki, bu barədə hərəkatın nümayəndəsi “Twitter”də bildirib.

Qeyd olunub ki, hökumət qoşunları ilə döyüşlərin aparıldığı Cuzcanın paytaxtı Şiberqan "Taliban"ın nəzarətinə keçib. Eyni zamanda, bir gün əvvəl Əfqanıstan Müdafiə Nazirliyi Şiberqanın taliblərdən təmizləndiyini açıqlayıb.

Bundan əvvəl yerli media Nimroz əyalətinin paytaxtı Zəranc şəhərinin "Taliban" tərəfindən ələ keçirildiyini yazıb.


Femida.az

Açar sözlər: #Taliban   #Əfqanıstan    

Oxunub: 2187