Arzu Rəhimov qəbul keçirəcək


16:30     08 Yanvar 2016 025cd90deee1d9e69b95a6a95b0e18c5.jpg

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi general-leytenant Arzu Rəhimov Şəmkirdə vətəndaşları qəbul edəcək.


Qurumun mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, A.Rəhimov yanvarın 21-də, saat 10:00-da xidmətin Şəmkir rayon şöbəsində Gədəbəy, Tovuz, Ağstafa, Qazax və Şəmkir rayonlarının sakinlərinin qəbulunu həyata keçirəcək.

Qəbula yazılmaq istəyən vətəndaşların yanvarın 20-dək SHXÇDX-nin rayon şöbələrinə müraciət etmələri və qeydiyyatdan keçmələri zəruridir.

Açar sözlər:

Oxunub: 1150