Yəməndə mina partlayışı nəticəsində 3 nəfər ölüb


11:59     15 Dekabr 2021 21_12_15_1639550398.jpg

Yəmənin şimalındakı Əl-Cəvf əyalətində minanın partlaması nəticəsində 3 mülki şəxs ölüb, daha 3 nəfər yaralanıb.

Femida.az xarici mətbuata istinadən xəbər verir ki, Marib-Əl-Cauf avtomobil yolunda mülki avtomobilin hərəkət etdiyi yolda mina partlayıb.

Yəmən hökuməti hələlik məsələ ilə bağlı açıqlama verməyib.

Yəməndə 2014-cü ilin sentyabrından silahlı qarşıdurma davam edir. Husilər paytaxt Səna da daxil olmaqla ölkənin qərbində geniş ərazilərə nəzarət edir.

Hökumət qüvvələri Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyasının dəstəyi ilə 2015-ci ilin mart ayından husilərə qarşı döyüşür.

Açar sözlər:

Oxunub: 525