Yəməndə raket hücumu nəticəsində bir neçə uşaq həlak olub


12:47     13 Fevral 2022 22_02_13_1644736142.jpg

Yəmənin mərkəzindəki Marib əyalətində raket hücumu nəticəsində 3 uşaq həlak olub.

Femida.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli insan haqları təşkilatı məlumat yayıb.

2022-ci il başlayandan bugünədək husilərin yerləşdirdiyi minaların, eləcə də sursatların partlaması nəticəsində 36 dinc sakin həlak olub, 37 nəfər yaralanıb.

Yəməndə silahlı qarşıdurma 2014-cü ildən davam edir. Husilər ölkənin paytaxtı Səna şəhəri və bir sıra digər ərazilərə nəzarət edirlər. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası qüvvələri 2015-ci ilin mart ayından husilərə qarşı mübarizədə Yəmən hökumətinə dəstək verir.

BMT-nin hesabatlarına görə, müharibənin başlanğıcından 2021-ci ilin sonuna qədər Yəməndəki müharibə birbaşa və ya dolayısı ilə 377 min insanın həyatına son qoyub. Dünyanın ən kasıb ölkələrindən olan Yəməndə humanitar böhran qorxulu həddə çatıb.

Açar sözlər:

Oxunub: 558