Şəmkirdə yanvar ayı ərzində 25 ədəd odlu silah aşkarlanaraq götürülüb


09:07     25 Yanvar 2022 22_01_25_1643087291.jpg

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları 2022-ci ilin yanvar ayı ərzində qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində əməliyyat-axtarış tədbirləri keçiriblər. Tədbirlər nəticəsində 25 ədəd odlu silah aşkar edilərək götürülüb.

Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Açar sözlər:

Oxunub: 398