Şəmkirdə çay evində insident olub, avtomobil atəşə tutulub


16:18     14 Mart 2022 22_03_14_1647256701.jpg

Şəmkir rayonunda çay evində insident olub, avtomobil atəşə tutulub.

Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Şəmkir Rayon Polis Şöbəsinə martın 13-də saat 1 radələrində Şiştəpə kəndi ərazisindəki çay evlərinin birində kənd sakinləri N.Bağıyevin və əvvəllər məhkum olunmuşlar - E.Nağıyev və qardaşının xuliqanlıq zəminində biri-birilərini döymələri, E.Nağıyevin ov tüfəngindən açdığı atəşin kənd sakini H.Həsənova məxsus “Mercedes” markalı avtomobilə dəyməsi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində E.Nağıyev və N.Bağıyev saxlanılıblar.

E.Nağıyevdən qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi götürülüb.

Araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 349