Elçin Quliyevə nə sualınız var?


15:28     06 Fevral 2016 a789c7951e0a5ea0f4e9d3c804b18843.jpg

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi - Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev fevralın 19-da saat 11:00-da Lənkəran Sərhəd Dəstəsində Astara, Lerik, Lənkəran və Yardımlı rayon sakinlərini qəbul edəcək.


DSX-nin mətbuat mərkəzindən Femida.az-a verilən məlumata görə, qəbulda iştirak etmək istəyənlərdən xahiş olunur ki, onları maraqlandıran sualları fevral ayının 16-dək Dövlət Sərhəd Xidmətinin www.dsx.gov.az adlı rəsmi saytında yerləşdirsinlər.

Qeydiyyat üçün 012-498-01-55 və 012-498-01-69 nömrəli telefon­larla əlaqə saxlanılması və ya Lənkəran Sərhəd Dəstəsinə müraciət edilməsi xahiş olunur.

Açar sözlər:

Oxunub: 1329