Məhkəmə qərarları ilə bağlı şikayətlər azalır


15:58     20 Fevral 2016 hokm%20oxu2.jpg

“Son vaxtlar məhkəmə qərarları ilə bağlı daxil olan şikayətlərin sayı azalır”.


Femida.az xəbər verir ki, bunu Yasamal Rayon Məhkəməsinin sədri, Azərbaycan Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının sədri Ələddin Cəfərov deyib. O bildirib ki, qərarların böyük əksəriyyəti ədalətli qərarlardır. Çünki biz daim ictimai rəyi öyrənirikhəm Prezident Administrasiyasına, həm də digər dövlət orqanlarına gələn müraciətlərə çox diqqətlə baxılır, hər bir şikayət əsasında araşdırma aparılır:

“Son vaxtlar bu sahədə müsbət dəyişikliklər göz önündədir. Düşünürəm ki, görüləcək tədbirlər və gələcəkdə aparılacaq islahatlar nəticəsində biz məhkəmə sistemində şəffaflığı maksimum dərəcədə artıra bilərik”.

Açar sözlər:

Oxunub: 1179