Almaniyadan Türkiyə ilə bağlı xəbərdarlıq


22:42     14 Mart 2016 alman%20xarici%20isler.jpg

Almaniya Xarici İşlər Nazirliyi Türkiyəyə səfər edən ölkə vətəndaşlarına xəbərdarlıq edib.


Nazirlik Türkiyənin İstanbul, Ankara və digər iri şəhərlərinə səfər edən vətəndaşlarına diqqətli olmalarını tövsiyyə edib.

Xəbərdarlıqda insan sıxlığının olduğu ərazilərdən, hökumət idarələri və inzibati binalardan uzaq olmaq məsləhət görülüb.

Xatırladaq ki, Qızılay meydanında törədilən partlayış zamanı 37 nəfər həlak olub.

Açar sözlər:

Oxunub: 1251