Almaniyadan Qarabağ çağırışı


19:26     06 May 2016 alm6.jpg

Berlin Dağlıq Qarabağda zorakılıq hallarının artmasına işarə edən yeni əlamətlərin olmasından narahatdır.


Femida.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Almaniya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Martin Şefer bildirib.

O, ATƏT-ə sədrlik edən ölkə kimi Almaniyanın münaqişə tərəflərini yeni gərginliyin baş verməməsi üçün bütün addımlar atmağa çağırdığını bildirib: “Berlin ATƏT-in Minsk qrupunun və onun həmsədrlərinin münaqişənin həlli istiqamətində işin davam etdirilməsi səylərini dəstəkləyir”.

Femida.az

Açar sözlər:

Oxunub: 1885