Almaniyadan türk əsilli deputatlara tövsiyə


20:58     11 İyun 2016 big_1456566283_018081420_30300.jpg

Almaniya Xarici İşlər Nazirliyi Bundestaqın türk əsilli deputatlarına müraciət edib.


Femida.az xəbər verir ki, bu haqda məlumatı Der Şpigel nəşri yayıb. XİN sözügedən 11 deputata Türkiyə ərazisinə getməməyi tövsiyə edib.

Qeyd edək ki, Almaniya Bundestaqı iyunun 2-də 1915-ci il hadisələrini “erməni soyqırımı” kimi qəbul edib. Səsvermədə iştirak edən 11 türk əsilli deputatın hamısı layihəyə “hə” deyib.

Ötən günlərdə “Der Şpigel” nəşri Türkiyə hökumətinin sözügedən 11 deputatı məhkəməyə verəcəyi ilə bağlı iddia ilə çıxış etmişdi.

Femida.az

Açar sözlər:

Oxunub: 1421