Almaniyadan FETÖ-yə böyük dəstək


17:05     01 Sentyabr 2016 merkel4.jpg

Almaniyada Fətullahçı Terror Təşkilatına (FETÖ) yaxın firmalara boykot tələb edən şəxslər barəsində cinayət işi açılıb.


Femida.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ştutqart Prokurorluğu Gülənə yaxın firmalar əleyhinə internet üzərindən boykot tələb edən şəxslər barəsində cinayət işi açılıb. Mediaya sızan məlumata görə, 15 nəfər barəsində “kütləni iğtişaşlara səsləmək” maddəsi ilə istintaq başlanılıb.

“Bild” qəzeti yazır ki, barəsində cinayət işi açılan şəxslər prezident R.T.Ərdoğanın tərəfdarları imiş.

Bundan əvvəl də Baden Vürttenberq əyalətinin iqtisadiyyat naziri Nikol Hoffmayster-Kraut qanuni çərçivədə fəaliyyət göstərən firmalar əleyihinə səslənən boykot çağırışlarının dayandırılmasını tələb etmişdi.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 1766