Almaniyadan Qarabağla bağlı çağırış


23:14     25 Aprel 2016 1461593387.jpg

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində gərginliyin yenidən artması ilə əlaqədar olaraq, Almaniyanın "Junge Union" (Gənclər Birliyi) təşkilatının sədri Paul Ziemak və təşkilatın Beynəlxalq komissiyasının sədri Younes Ouaqasse birgə açıqlama veriblər.



Avropa Azərbaycan Cəmiyyətindən Femida.az -a verilən məlumata görə, açıqlamada bildirilir: "Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ regionu uğrunda onilliklərlə davam edən münaqişə son günlər zorakılıq hallarının artması ilə intensivləşib. Biz bir daha münaqişənin sülh yolu ilə həll olunmasına çağırırıq. Cənubi Qafqazda sabitliyin bərqərar olunması Almaniyanın marağındadır.
Münaqişənin aradan qaldırılması üçün danışıqları istiqamətləndirən və Almaniyanın da üzv olduğu ATƏT-in Minsk qrupu nəhayət yekdil həll yolunu əldə etməlidir ki, bu da beynəlxalq hüquqa və Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının dörd qətnaməsinə (882, 853, 874, 884) əsasən regiona sülh gətirəcək. Danışıqlar uğurlu olmazsa, Qafqazda yeni müharibə təhlükəsi yaranacaq".

Qeyd edək ki, "Junge Union" təşkilatının 2012-ci il oktyabrın 5-7-də Berlində keçirilən illik konfrasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə xüsusi sənəd qəbul edilmişdi. Sənəddə təşkilat AFR hökumətini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin həll olunması üçün ATƏT, Avropa İttifaqı və Birləşmiş Millətlər Təşkilatı ilə əməkdaşlıq çərçivəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü, onun sərhədlərinin toxunulmazlığı və sərhəd bölgəsində yaşayan əhalinin təhlükəsizliyini təxirə salınmadan təmin etmək üçün öz beynəlxalq səylərini gücləndirməyə çağırırdı.

Açar sözlər:

Oxunub: 789