İranda 2 nəfər öldü, 200 -dən çox insan yaralandı - FOTOLAR


20:26     16 Mart 2016 axir%203.jpg

Martın 15-də İranda “İlaxır çərşənbə”si şənliklərində əldəqayərma alovlandırıcı vasitələrindən istifadə zamanı 2 nəfər ölüb, 200 nəfərdən çox insan xəsarət alıb.


Femida.az Mehr agentliyinə istinadən xəbər verir ki, ən çox xoşagəlməz hadisələr Tehran və Fars əyalətlərində qeydə alınıb və xəsarət alanların əksəriyyəti yeniyetmələr və 20-25 yaşlarına qədər gənclər olub. Qeyri-standart alovlandırıcı vasitələrdən istifadə nəticəsində Tehranda və digər şəhərlərdə 107 yanqın hadisəsi baş verib. Yanğınsöndürənlərin səyi nəticəsdində müxtəlif dərəcəli bədən xəsarəti alanlar xəstəxanalara yerləşdiriliblər. Baş vermiş hadisələrdə paytaxtda 45 yaşlı bir kişi, Rəştdə isə 15 yaşlı bir yeniyetmə həyatını itirib.

Qeyd edək ki, İranda “İlaxır çərşənbə”si şənliklərinin keçirilməsinə dövlət tərəfindən qadağa qoyulmasına baxmayaraq, ölkə vətəndaşları, o cümlədən də yeniyetmələr və gənclər bu ənənəni əvvəlki illərlə müqayisədə daha təntənəli keçirməyə çalışırlar. Həmçinin “İlaxır çərşənbə”si ərəfəsində ölkəyə təhlükəsiz və stavndartlara uyğun taraqqa və alovlandırıcı vasitələrin gətirilməsinə qadağa qoyulduğuna görə, gənclər və ayrı-ayrı şəxslər qeyri-standart, əldəqayırma alovlandırıcı vasitələr düzəltmək məcburiyyətində qalırlar. Şənliklərdə baş verən xoşagəlməz hadisələr də həmin qadağaların nəticəsidir.

İranda “İlaxır çərşənbə”si şənlikləri vətəndaşlar tərəfindən kütləvi şəkildə keçirildiyinə görə, hökumət qüvvələri həmin gün, qoyduqları qadağalara nəzarət edə bilmirlər. Şənliklərdə gənc qız və oğlanlar fürsətdən istifadə edərək tonqallar üstündən tullanır, bir çox hallarda bir-biri ilə rəqs edir, şənlənirlər. Bu isə hakim ruhaniləri narahat edir.





Açar sözlər:

Oxunub: 3584