“Ermənistan status-kvonu saxlamağa çalışır” - Hikmət Hacıyev


02:01     14 Aprel 2016 1428524739_hikmet-haciyev68.jpg

“Azərbaycan həmişə münaqişənin həlli prosesində hərtərəfli razılaşma ilə nətilənəcək substantiv danışıqların tərəfdarı olub”.


Femida.az xəbər verir ki, bu barədə XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ATƏT-in ABŞ-dan olan həmsədri Ceyms Uorlikin açıqlamasına münasibət bildirərkən deyib.

“Təəssüflər olsun ki, son illər ərzində Ermənistan substantiv danışıqlardan yayınıb, vəziyyətin gərginləşməsinə xidmət edən təxribatçı əməllərini davam etdirib və hər vəchlə status-kvonun saxlanmasına çalışıb. Bu gün hamı çox yaxşı başa düşür ki, məhz Ermənistanın rəhbərliyi regionda sülh, sabitlik və çiçəklənmənin təmin olmasına maneə olur”, deyə H.Hacıyev bildirib.

Açar sözlər:

Oxunub: 894