“Ermənistan bizi təxribata çəkir” - Bahar Muradova


17:00     13 May 2016 20bahar.jpg

“Ermənistan tərəfi danışıqlar prosesində konstruktiv mövqe nümayiş etdirmir. Daim danışıqları pozmağa, status-kvonun qalmasına və işğal faktının qəbul olunmasına çalışır”.


Femida.az xəbər verir ki, bunu Milli Məclisin (MM) sədr müavini Bahar Muradova parlamentdə keçirilən “Təmas xəttində son hadisələr: beynəlxalq humanitar hüququn problemləri” adlı dinləmələrdə çıxışında deyib.

Vitse-spiker bildirib ki, bu yolda Ermənistana havadarları kömək edir: “Ermənistan və onun təcavüzkar hərbi siyasi rəhbərliyi təmas xəttinə yaxın ərazidə təxribatlar törədir. Nəzərə almaq lazımdır ki, bu yaxın ayların işi deyil, 2014-cü ildən başlayaraq, ardıcıl, məqsədyönlü şəkildə Azərbaycanı və bizi dəstəkləyən region ölkələrini provakasiyaya çəkir. Azərbaycan ərazisində Ermənistanın hərbi kontingentinin iştirakı ilə ərazilərimizdə təlimlər keçirir. Eyni zamanda “Dağlıq Qarabağ”ın tanıdılmçası istiqamətində səylər göstərilir”.

Femida.az

Açar sözlər:

Oxunub: 1215