“Ermənistan odla oynayır” - Ərdoğan


14:11     28 Aprel 2016 basbakan_erdogandan_feyziogluna_sert_sozler13999757180_h1157437.jpg

"Azərbaycandakı vəziyyət ətraf ölkələrə bənzəmir".



Femida.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistan prezidenti Serj Sarkisyanın Azərbaycanla danışıqların dayandırılması barədə səsləndirdiyi fikirinə münasibət bildirərkən deyib. Ərdoğan jurnalistlərin suallarını cavablandırarkən deyib ki, Ermənistan odla oynayır.

"Türkiyə hər vasitə ilə xoş niyyətini sərgiləməyə çalışır. Bu atışmalarda Azərbaycan güc qazanır. Rusiya da Ermənistana tam dəstək vermir. Ən azından açıq dəstək verə bilmir. Çünki Azərbaycanla yüksək səviyyədə əməkdaşlığı var".

Türkiyə prezidentinin sözlərinə görə, Ermənistan Azərbaycanın azad etdiyi ərazilərin əhəmiyyətsiz mövqelər olduğunu desə də, rəsmi İrəvan qorxu içərisindədir.

"Azərbaycandakı vəziyyət ətraf ölkələrə bənzəmir. Bu problem nə Gürcüstana, nə də Ukraynaya bənzər".

Qeyd edək ki, Türkiyə prezidenti bundan əvvəl İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) XIII Sammitində də Qarabağda baş verənlərə toxunmuşdu. O, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal altında olan ərazilərini dərhal tərk etməli olduğunu deyib.

Femida.az

Açar sözlər:

Oxunub: 13324