Avtomobil piyadanı vurub öldürdü


02:04     22 May 2016 1436105092_1433932210_gencede-piyadanin-olumu-ile-neticelenen-yol-qezasi-bash-verib%20(1)6.jpg

Salyanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Yol-nəqliyyat hadisəsi saat 19.00 radələrində Salyan-Şirvan magistral yolunda, Salyan rayonunun Qaraçala kəndi ərazisində baş verib. Rayonun 2-ci Varlı kənd sakini, 1990-cı il təvəllüdlü Pənahov Şəhriyar Qurban oğlu yolu keçərkən “VAZ 2107” markalı 10 XZ 195 dövlət nömrə nişanlı avtomobillə vurulub. Ağır bədən xəsarətləri alan piyada Şirvan şəhər xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Salyan rayon polis şöbəsində araşdırma aparılır./apa/

Femida.az

Açar sözlər:

Oxunub: 1266