Yük maşını dərəyə yuvarlandı:17 ölü


00:59     23 May 2016 600@0%20(46).jpg

Bu gün Hindistanın şimal-şərqindəki Arunaçal-Pradeş əyalətinin Vest Kamenq dairəsində yük maşını qəzaya uğrayıb.


Femida.az -ın məlumatına görə, hadisə nəticəsində 17 nəfər həlak olub 12 nəfər yaralanıb. TATA markalı yük maşını naməlum səbəbdən Betçellinq kəndi yaxınlığında dağlıq ərazidən keçən yoldan çıxıb və 100 metr yüksəklikdən uçuruma düşüb.

Bu barədə mətbuata Hindistanın Arunaçal Pradeş ştatının polisindən bildirilib.

Hadisə yerində yaralılara ilk yardımı və xilasetmə işlərini yerli sakinlər həyata keçirib. Yolun uzaqlığı səbəbindən təcili tibbi yardım briqadası hadisə yerinə həddindən gec gəlib. Arunaçal-Pradeşa ştatının baş naziri Kalikxo Pul bəyan edib ki, hökumət ölən və yaralalanların ailəsinə yardım edəcək.

Açar sözlər:

Oxunub: 1053