İranda təyyarə qəzası olub, yaralılar var
22:46 05 İyun 2016
Bu gün yerli vaxtla saat 12.22 (Bakı vaxtı ilə saat 11.22) radələrində İranın İsfahan əyalətində, Nain-Ardestan magistralından 70 km uzaqda PC7 markalı hərbi təlim təyyarəsi qəzaya uğrayıb.
APA-nın “Fras” agentliyinə istinadən verdiyi məlumata görə, İran Qızıl Aypara Cəmiyyətinin təmsilçisi Mənsur Hani hadisə yerinə dərhal xilasedicilər və həkimlər göndərildiyini bildirib.
Hər iki pilot ciddi xəsarət alıb, onlardan birinin onurğa sütunu zədələnib. Pilotlar helikopterlə İsfahan xəstəxanasına gətirib. İlkin məlumata görə, İsfahan yaxınlığındakı Şəhid Babai adına aviabazadan qalxan və təlim uçuşu keçirən təyyarənin qəzaya uğramasına səbəb mühərrikinin sıradan çıxması olub.
Femida.az
Oxunub: 1923
Oxşar xəbərlər
- İranda ibtidai siniflərdə ingilis dili qadağan olundu - VİDEO
- İranda iğtişaşlar zamanı saxlanılanlar sərbəst buraxılır
- İranda zəlzələ - 20 nəfər xəsarət alıb
- İranda etirazlar yenidən baş qaldırdı
- İranda onlarla azərbaycanlı həbs edildi
- İranda ölənlərin sayı 20 nəfərə çatdı
- İranda gərginlik son həddə çatdı: 10 nəfər ölüb
- İranda etirazlar davam edir
- İranda aksiyalar genişləndi: 2 nəfər güllələnib
- İranda qadınların geyimi ilə bağlı qayda dəyişir