Oğru evə girdi və paltarlarını təmizləyib getmək istədi
03:32 06 İyul 2016
Rusiyada maraqlı oğurluq hadisəsi baş verib.
ANS PRESS-in məlumatına görə, Kalininqrad şəhərində oğru mənzilə girib və orada öz paltarlarını yumağa başlayıb.
Şəhərin Uqlavoy küçəsində bir oğru binalardan birinin birinci mərtəbəsində heç kimin evdə olmadığını öyrənib və pəncərəni sındıraraq, içəri daxil olub. O, əvvəlcə qızdırıcı cihazı işə salıb, daha sonra bükülmüş xalçanı açıb və paltarlarını təmizləməyə başlayıb.
Çox keçmədən ev sahibi evə qayıdıb. O, qızdırıcının işlədiyi, hamamda suyun səsini və yad adamın zümzüməsini eşidib, astaca qapını bağlayıb və birbaşa polisə gedib.
Bu arada oğru artıq əynində təmiz paltarları ilə qapıya tərəf gedəndə tələyə düşdüyünü anlayıb. Oğru düşünüb ki, elə gəldiyi yerdən də geri qayıtsın. Lakin pəncərədən tullanan şəxs hadisə yerinə vaxtında gəlmiş polis əməkdaşlarının yanına düşüb.
Rusiya təhlükəsizlik xidmətindən verilən məlumata görə, "təmizkar" oğru bundan əvvəl dəfələrlə məhkum olunub.
Oxunub: 1253
Oxşar xəbərlər
- Oğrular `iş başında` yaxalandı
- Oğru polisə bıçaq çəkdi
- Oğrular blokdan köhnə əşyaları apardı
- Oğrulardan `nümunəvi` addım: `2 manatını qaytardıq ki, yol pulu edərsən`
- Oğrular su sayğaclarını apardı
- Oğrular iş başında yaxalanıb
- Oğru mənzildən 107 min dollar apardı
- Oğru özünü 3-cü mərtəbədən atdı - VİDEO
- Oğru qadınların qışqırtısından qaçdı - Lənkəran
- Oğrulara hökm oxundu