Oğru polisə bıçaq çəkdi
17:15 18 May 2017
Bakıda supermarketdən oğurluq edən şəxs polis əməkdaşlarına bıçaqla müqavimət göstərib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, mayın 17-də Baş İctimai Təhlükəsizlik İdarəsinə tabe olan Diplomatik nümayəndəliklərin mühafizəsi üzrə Əlahiddə Polis Taborunun əməkdaşları - polis serjantları Ramin Qədimov və Rüstəm Məhərrəmov Yasamal rayonu ərazisində yerləşən xarici dövlətlərdən birinin səfirliyində xidmət aparan zaman Hüseyn Cavid prospektindəki supermarketdən çıxan şəxsin qaçdığını müşahidə ediblər. Bu zaman supermarketin işçiləri polisdən kömək istəyiblər. Polis əməkdaşları onu saxlamaq istəyəndə həmin şəxs cibindən çıxardığı bıçaqla müqavimət göstərməyə çalışıb.
Polislər onu tərksilah edərək zərərsizləşdirib, Yasamal RPİ-nin 26-cı Polis Bölməsinə təhvil veriblər.
Bölmədə aparılan araşdırma zamanı hadisəni törədən şəxsin Şabran rayon sakini Ramin Paşayev olduğu, həmçinin onun əvvəllər narkotik vasitələrin satışı və soyğunçuluq maddələri ilə iki dəfə məhkumluq həyatı yaşadığı müəyyən edilib.
Femida.az
Oxunub: 1194
Oxşar xəbərlər
- Oğrular `iş başında` yaxalandı
- Oğrular blokdan köhnə əşyaları apardı
- Oğrulardan `nümunəvi` addım: `2 manatını qaytardıq ki, yol pulu edərsən`
- Oğrular su sayğaclarını apardı
- Oğrular iş başında yaxalanıb
- Oğru mənzildən 107 min dollar apardı
- Oğru özünü 3-cü mərtəbədən atdı - VİDEO
- Oğru qadınların qışqırtısından qaçdı - Lənkəran
- Oğrulara hökm oxundu
- Oğru evə girdi və paltarlarını təmizləyib getmək istədi