Oğru qadınların qışqırtısından qaçdı - Lənkəran


14:18     12 Avqust 2016 maska_ogru_0483.jpg

Lənkəranda naməlum şəxs evə daxil olmaq istəyib.


Hadisə rayonun Şağlakücə kəndində qeydə alınıb. Naməlum şəxs gecə saat 02.00 radələrində nərdivanla kənd sakini Vasif Zakir oğlu Babayevə məxsus evin ikinci mərtəbəyə qalxıb. Səsə oyanan evdəki qadınlar qışqırıblar. Qışqırıq səsindən ehtiyatlanan naməlum şəxs tez aradan çıxıb.

Faktla bağlı Lənkəran şəhər-Rayon Polis Şöbəsinə də məlumat verilib. Polis əməkdaşları evə baxış keçirərək, istintaq üçün zəruri barmaq izlərini və həyətdə düşmüş siqaret qutusunu götürüblər.

Həmin şəxsin tapılması istiqamətində axtarışlar davam etdirilir.(Apa)

Femida.az

Açar sözlər:

Oxunub: 1828