Oğru mənzildən 107 min dollar apardı


13:30     18 Noyabr 2016 ogru%20(1)9.jpg

Bakıda mənzildən külli məbləğdə pul oğurlanıb.


Femida.az xəbər verir ki, "Report"un xəbərinə görə, hadisə Bakının Xətai rayonu İsmayıl Məmmədov küçəsində yerləşən yeni tikilidə qeydə alınıb.
Belə ki, 1974-cü il təvvəllüdlü Həbib Babayev hüquq-mühafizə orqanlarına müraciət edərək evdə olmadığı müddətdə 107 min ABŞ dolları pulunun oğurlandığını bildirib.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1831