Oğru özünü 3-cü mərtəbədən atdı - VİDEO


22:20     27 Oktyabr 2016 ogru%20(1)6.jpg

Naməlum şəxs Yasamal rayonu, Şərifzadə küçəsində yeni tikilən çoxmərtəbəli binaya oğurluq məqsədi ilə daxil olub.



Femida.az ARB TV-yə istinadən xəbər verir ki, mühafizəçilər səs eşidəndə tikiliyə baxış keçiriblər. Bu zaman naməlum şəxsin elektrik naqilləri kəsdiyini görüblər. İş başında yaxalanan oğru hadisə yerindən qaçmaq istəyib və 3-cü mərtəbədən aşağı tullanıb. Nəticədə ağır bədən xəsarətləri alıb. Yaralı mühafizəçilərin çağırdığı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.

Kəllə-beyin travması və sınıq xəsarətləri diaqnozu qoyulan xəstəyə lazımi tibbi yardım göstərilib. Hadisə barədə polisə məlumat verilib.

Araşdırmalar zamanı məlum olub ki, xəsarət alan şəxs əvvəllər adam bıçaqladığına görə məhkumluq həyatı yaşayan 25 yaşlı Röyal Əliyevdir. Röyal Əliyev xəstəxanada polis nəzarəti altında müalicə alır. Faktla əlaqədar cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.



Açar sözlər:

Oxunub: 1288