İranda 20 sünni qiyamçı edam olundu


19:27     04 Avqust 2016 1470309537.jpg

İranda cinayət törətmək və milli təhlükəsizliyə zərbə vurmaqda ittiham olunan 20 sünni məhkum edam edilib.


Femida.az xəbər verir ki, edamla bağlı açıqlama verən general Məhəmməd Cavad Müntəziri məhkumların çərşənbə axşamı edam olunduqlarını deyib:

“Bu adamlar ağır cinayətlər törədib. Onlar qadınları, uşaqları öldürüb. Ölkə təhlükəsizliyini təhdid edən addımlar atıb, bəzi sünni liderləri qətlə yetiriblər. Buna görə də onlar haqda edam qərarı çıxarıldı. Hökm çərşənbə axşamı icra olundu”.

Qeyd edək ki, İran Kəşfiyyat Nazirliyi dünən yaydığı açıqlamada 2009-2011-ci ildə baş verən 24 silahlı hücumun bir qrup tərəfindən həyata keçirildiyini bildirib. Sözügedən qrupun bir qismi – 20 nəfəri edam edilərkən, digər qismi polislə atışma zamanı öldürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 12890