Dini təhqir etməyə icazə verildi


19:03     06 İyul 2015 thumbmaker.jpg

İslandiyada Pirat Partiyasının “dinə və müqəddəs dəyərlərə təhqirin” cinayət sayılmamasını nəzərdə tutan qanun təklifi qəbul edilib.


Femida.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, qüvvədən qaldırılan 1940-ci il tarixli qanun, müqəddəs dəyərlərə təhqirə görə pul ya da üç ay həbs cəzasını nəzərdə tuturdu.

Qeyd edək ki, yeni qəbul olunan qərara , İslandiya xalqının 80%-nin bağlı olduğu İslandiya Lüteran Kilsəsi də dəstək verib. Əhalinin ən az hissəsinin bağlı olduğu İslandiya Katolik Kilsəsi isə yeni qanuna etiraz edən yeganə təbəqə olub.

Şahverdi Şirinli
Femid.az

Açar sözlər:

Oxunub: 962