Dini icmalara pul ayrılıb
21:05 22 May 2017
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) maliyyə yardımı ayrılmış 16 dini icma sədrinin iştirakı ilə tədbir keçirilib.
Komitədən Femida.az-ya verilən məlumata görə, layihələri maliyyələşdirilən İmişli rayonu Xoşçobanlı kənd məscidi dini icması “İslam həmrəylik, bərabərlik dinidir”, Salyan rayonu Çuxanlı kəndi “Hacı Cəbrayıl” məscidi dini icması “İslam dini həmrəy və tolerant dindir”, Sabirabad rayonu Bulduq kənd məscidi dini icması “Milli dəyərlərimizin formalaşmasında İslam dininin əhəmiyyəti”, Masallı rayonu Ərkivan qəsəbəsi “Həzrət Əli” məscidi dini icması “Radikalizm və ekstremizmə qarşı mübarizədə islam həmrəyliyinin rolu”, Ağdaş şəhəri “Hacı İsmayıl” məscidi dini icması “İslam həmrəyliyinin və İslami dəyərlərin təbliği”, Bakı şəhəri Qaradağ rayonu Səngəçal qəsəbə məscidi dini icması “İslam barışıq və həmrəylik dinidir”, Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbə məscidi dini icması” “İslam həmrəyliyi: dünyanı sülhə aparan yol”, Neftçala rayonu Aşağı Qaramanlı kəndi “Abbas” məscidi dini icması “İslamda həmrəyliyin və tolerantlığın əhəmiyyəti”, Qəbələ rayonu Hacıalılı kənd məscidi dini icması “Dini və milli müxtəlifliyin vəhdətində İslam həmrəyliyinin rolu” , Ucar şəhər “Cami” məscidi dini icması “Bəşəriyyətin təhdidlərdən çıxış yolu - Həmrəylik”, Şamaxı rayonu Adnalı kənd məscidi dini icması “İslamda həmrəylik məzhəblərarası tolerantlıq müstəvisində”, Qobustan rayonu Ərəbşalbaş kəndi “Hacı Gülmalı” məscidi dini icması “İslam həmrəyliyi din və məzhəb ayrı-seçkiliyinə qarşı”, İmişli rayonu Cəfərli kəndi “İmam Hüseyn” məscidi dini icması “İslamda həmrəylik və sülh çağırışları”, Zərdab şəhər “Cümə” məscidi dini icması “İslam Həmrəyliyi sülhə çağırışdır”, Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbə məscidi dini icması “İslam həmrəyliyi və milli-mənəvi dəyərlərimiz”, Goranboy rayon Safıkürd və Tatarlı kənd məscidi dini icması “Dini ekstremizmin qarşısının alınmasında islam həmrəyliyinin rolu” adlı maarifləndirmə tədbirləri həyata keçirəcəklər.
Qeyd edək ki, prezident İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı sərəncama uyğun olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən 196 dini icmaya maliyyə yardımı ayrılıb. Bunlardan 19-u qeyri-islam, 177-i isə İslam dini icmasıdır. DQİDK-ya təqdim etdikləri layihələri maliyyələşdirilmiş icmalar tərəfindən vəsait hesabına dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin təbliği, gənclərin dini radikal təsirlərdən qorunması istiqamətində Bakı şəhərində və respublikanın regionlarında müxtəlif tədbirlər həyata keçirilir, kitablar çap edilir.
Femida.az
Oxunub: 860
Oxşar xəbərlər
- Dini icmaların sayı 800-ə yaxınlaşdı
- Dini Komitə 12 yaşlı məktəblinin intiharını araşdırır
- Dini Komitə Qubada treninq keçirib
- Dini lağa qoymaq cinayətdirmi?
- Dini konfenssiyalardan Alxanlı faciəsi ilə bağlı müraciət
- Dini icmalara şəhadətnamələr verildi
- Dini Komitə Hacı İlqara xəbərdarlıq etdi
- Dini etiqad azadlığı haqqında qanuna dəyişiklik - Qadağalar götürülür
- Dini mərasim zamanı yanğın olub- 22 ölü, 87 yaralı
- Dini liderlər Qarabağla bağlı görüşəcək - Erməni mediasından iddia