Dini icmalara şəhadətnamələr verildi


20:04     30 İyun 2017 din.JPG

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) yeni qeydiyyatdan keçmiş 7 dini icmaya şəhadətnamələr təqdim edilib.


Femida.az-ın komitənin saytına istinadən verdiyi məlumata görə, tədbirdə DQİDK sədrinin birinci müavini Səyyad Salahlı, şöbə müdirləri və yeni qeydiyyatdan keçmiş dini icmaların sədrləri iştirak ediblər. Səyyad Salahlı çıxışında dinə dövlət qayğısından, dini icmaların fəaliyyəti üçün yaradılan şəraitdən bəhs edib. Dini icmaların Azərbaycan cəmiyyətində özünəməxsus yeri və rolunu xüsusi vurğulayan S. Salahlı bildirib ki, dini maarifləndirmə tədbirlərinin təşkilində, dini radikalizmə qarşı mübarizədə dini icmalar da məsuliyyət daşıyır. O, yeni qeydiyyatdan keçən dini icmaları dinin, milli-mənəvi dəyərlərin ictimaiyyətə düzgün çatdırılması işində aktiv olmağa çağırıb.

Sonda yeni qeydiyyatdan keçmiş dini icma sədrlərinə şəhadətnamələr təqdim edilib.

Qeyd edək ki, dini qurumların yenidən dövlət qeydiyyatına alınması prosesi başlayandan sonra 767 dini qurum dövlət qeydiyyatından keçib. Konfessional baxımdan onların 739-u İslam, 28-i isə qeyri-islam (xristian – 17; yəhudi – 8; krişna – 1; bəhai – 2) təmayüllüdür.

Femida.az

Açar sözlər:

Oxunub: 864