Yük və minik maşınları toqquşdu - Yaralanan var


20:30     23 Sentyabr 2016 qeza_yeni.jpg

Şəmkirdə iki avtomobil toqquşub.


Hadisə Bakı-Qazax magistralının Şəmkir rayonunun Düyərli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. “VAZ 2106” ilə Türkiyə vətəndaşının idarə etdiyi TIR toqquşub. Qəza zamanı “VAZ”-ın sürücüsü yüngül bədən xəsarətləri alıb. TIR isə yolun kənarına aşıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 889