Venesuela prezidenti Milli Məclisdə olub


16:30     22 Oktyabr 2016 14771188205753926870_1000x669.jpg

Bu gün Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro Azərbaycan Respublikası Milli Məclisində olub.


Femida.az-ın xəbərinə görə, ali qonaq əvvəlcə parlamentin iclas zalı ilə tanış olub.
Prezident Nikolas Maduronun Milli Məclisin sədri Oqtay Əsədov ilə görüşündə Azərbaycan və Venesuela arasında müxtəlif sahələrdə əməkdaşlığın, xüsusilə parlamentlərarası əlaqələrin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1402