Avtomobil idxalı beşqat azalıb


19:48     15 Dekabr 2016 masinlar.jpg

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycana 4 820 ədəd avtomobil idxal olunub.


Femida.az Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya istinadən xəbər verir ki, ötən ilin analoji dövrü ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 20 827 ədəd avtomobil və ya 5,3 dəfə azalıb.

Ölkəyə gətirilən avtomobillərin 80 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 4 194 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 463 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 83 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

Femida.az

Açar sözlər:

Oxunub: 933