Dini liderlər Qarabağla bağlı görüşəcək - Erməni mediasından iddia


18:27     13 Aprel 2017 seyx%20allahsukur.jpg

Azərbaycan, Ermənistan və Rusiyanın dini liderləri Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı növbəti görüş keçirəcəklər.


Femida.az-ın məlumatına görə, bunu bütün ermənilərin katolikosu II Qaregin Ermənistanın “Armenpress” agentliyinə açıqlamasında deyib.

O bildirib ki, görüş Moskva və bütün rusların patriarxı Kirilin vasitəçiliyi ilə baş tutacaq: “Görüşün vaxtı hələlik məlum deyil. Görüşün gündəliyi və vaxtı barədə iş aparılır”.

Femida.az

Açar sözlər:

Oxunub: 1773